Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Pişiklərin intiqamı – Günah Qara pişikdə deyil

Pişiklərin intiqamı – Günah Qara pişikdə deyil

Tarixdə ən böyük fəlakətə səbəb olan yoluxucu xəstəlik Qara Vəba olub. 14-cü əsrdə 6 il (1347-1353) davam edən bu pandemiya nəticəsində Avropada əhalinin azı 1/3-i, bəzi ehtimallara görə yarısı həlak olmuşdu. Ümumilikdə dəqiq say bilinməsə də dünyada 100 milyondan çox insanın həyatını itirməsinə səbəb olduğu güman edilir. İlk dəfə Çində ortaya çıxıb, sonra Krımda görülmüşdü. Avropaya yayılması isə monqollar vasitəsilə olmuşdu.

Monqollar Krımda italyan ticarət mərkəzini mühasirəyə alıb, oraya mancanaqla vəbadan ölmüş xəstələrin cəsədlərini atmışdılar. Tarixdə bu kimi xəstəlikdən bioloji silah kimi istifadə edilməsi halları çox olub. Bunu görən italyanlar tezliklə gəmilərinə minib ölkələrinə qayıtmışdılar. Amma gəmilərinə keçmiş siçanlar üzərlərində daşıdıqları bit-birə vasitəsilə daşıyıcı kimi qalıblar. Genuya limanına çatanda bu siçanların xəstəliyi limanda yaydığı güman edilir. İtaliyadan da bütün Avropaya yayılıb. Bu xəstəliyin Avropada ilk dəfə siçandan birə vasitəsilə insana keçdiyi ehtimal edilsə də, sonradan insandan-insana keçmə yolu ilə daha çox yayıldığı bilinir. Amma siçandan yoluxma halları ilə də əlavə sürət qazandığı güman edilir. Vəba daşıyıcısı bitlər siçanların özünü də öldürürdü. Maraqlıdır ki, bu xəstəlik Avropada yayılmadan əvvəl Roma Papası 9-cu Qriqori pişikləri (xüsusilə qara pişikləri) satanist simvol və cadıların köməkçisi hesab edib kütləvi öldürülməsi ilə bağlı qərar vermişdi. Avropada pişiklərin ölümü siçanların da artımına səbəb olmuşdu. Buna bəzi adamlar ‘pişiklərin intiqamı’ da deyirlər. Qədim Misirdə qara pişiklər Tanrılaşdırılırdı, pişik heykəlləri Misirdə çox idi. Onlar Misirin taxıl anbarlarını siçanlardan qoruyurdu. Pişik öldürənlər cəzalandırılırdı. Yaxın Şərqdə pişiklər həmişə sevilən heyvanlar olub. Məhəmməd peyğəmbərin əbasının bir hissəsində yatmış pişiyi oyatmamaq üçün həmin hissəni kəsdiyi rəvayəti indiyədək danışılır. Avropada isə Orta əsrlərdə pişiklərə mənfi münasibət formalaşmışdı.
Avropada vəba yayılan vaxt xalqa paylanan broşuralarda edilən tövsiyələrdən biri də çimməmək idi. O dövrdə virusun təbiəti bəlli deyildi deyə onlar yuyunmaq nəticəsində açılmış dəri məsamələrinin xəstəliyi daha rahat qəbul edəcəyini güman edirdilər. Bu tip anlaşılmayan qərarlar əslində hər dövrdə olub. Bugün də yoluxucu xəstəliklər barəsində çox məlumat olmasına baxmayaraq yenə də dünyada kritik məqamda hansı qaydaların tətbiq olunması barədə dəfələrlə qərarsızlıqlar yaşanır necə mübarizə aparılmalıdır aydınlaşdırıla bilmir. Çimməmək adəti Avropada sırf xəstəliklə də bağlı deyildi. Bir çox səbəbləri var idi. Onlardan biri də birbaşa dini yasaq olmasa da bəzi xristian din adamlarının bu barədə tövsiyələri idi. Maddi bədənin deyil ruhun təmizliyi əsas hesab olunurdu.
Avropa bu xəstəlikdən sonra inkişaf dövrünə keçdi. İşçi çatışmazlığı işçilərin haqlarının bərpasına, feodalizmin kapitalizmlə əvəz olunmasına gətirib çıxardı. Cəmiyyətdə yeni qaydalar yarandı. İxtiralar və kəşflər dövrü başladı. Sonda sənaye inqilabı ilə Avropa dünyanın bütün bölgələrindən önə keçdi. Dünyada yeni nizam belə formalaşdı.
İspan qripi dünyada bəlkə də Qara Vəbadan sonra ikinci böyük pandemiyadır. 1918-1920 ci illəri arasında 50 milyon insanın həyatını itirməsinə səbəb oldu. Xəstəlik ilk dəfə İspaniyada yox, Amerika əsgərləri arasında ortaya çıxıb. Həmin dövrdə 1-ci dünya müharibəsinə qatılan ölkələr müharibə dövründəki senzura səbəbindən bu xəstəlik barədə danışılmasına senzura tətbiq etmişdilər. İspaniya isə müharibəyə qatılmamışdı. Bu xəstəlik barədə məlumatı İspaniya verirdi və xəstəliyi gündəmdə tuturdu. Bu səbəbdən ispan qripi kimi tarixə keçdi. Birinci dünya müharibəsinin bitirilməsinə də bu qripin səbəb olduğu deyilir. İspan qripindən dərhal sonra dünyanın bir tərəfində nəhəng kommunist imperiya ortaya çıxdı, digər tərəfində liberal Amerika böyük bir güc oldu. Yeni dünya nizamı formalaşdı. Faşizm isə yeni-yeni Avropada cücərməyə başladı. Bir-biri ilə rəqabətdə olan Kommunist və Liberal dünya birləşərək Faşizmi məhv etdi. Sonra öz aralarında mübarizəyə başladılar. Qısa müddət ərzində Kosmik dövr başladı. SSRİ Avropanın içində də dünyanın digər yerlərində də özünə kommunist peyklər yaratdı. Amerika da əks həmlələrlə bu mübarizədə arxada qalmadı. Nəhayət əsrin sonunda Liberal dünya qalibiyyətini elan etdi.
İndi dünya yeni bir pandemiya dövründən keçir. Statistikadan tam xəbərim yoxdur amma ümumi baxanda məncə indi dünyada mübarizə daha effektivdir. Amma bu viruslarla bəşəriyyətin mübarizəsi zaman-zaman yaşanmağa davam edəcək.
Orta əsrlərdəki pandemiyadan sonra insanların bəlkə də ilk öyrəndikləri günahın qara pişiklərdə olmadığı idi. Şeytanın hesabı insanladır, pişiklə deyil.
İndiki pandemiyadan sonra da bəlkə günahın yanlış yerə nəyə yükləndiyi, nəyin doğru bilinən yanlış olduğu ortaya çıxacaq.
Pandemiyanın nəyi dəyişdirdiyi hələ gələcəkdə daha aydın görünəcək amma dünyanın yeni nizamı bəlkə də hiss etmədən dünyanı dəyişdirməyə başlayıb.

You may also Like

Ensiklopediyalar

Ensiklopediyalar

Ocak 22, 2023
Pulun tarixi

Pulun tarixi

Ağustos 17, 2022
Məğlubedilməz armada

Məğlubedilməz armada

Ağustos 11, 2022

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Temmuz 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Abunə ol

Instagram Feed

×