İncəsənət və Tarix
- Eylül 22, 2021
- by
- Tural Qaraqaşlı
Çörçilə aid edilən bir deyim var. Deyilənə görə 2-ci dünya müharibəsi dövründə Çörçilə büdcədən incəsənətə (və ya mədəniyyətə) ayırdığı vəsaitdən kəsməyi məsləhət görürlər. Çörçil isə: “Bəs onda biz nə üçün savaşırıq?” deyib. Bu deyim Facebook cümləsidir. Mənbəsi yoxdur. Amma fikirdə həqiqət var.
İskəndər Pala bu fikri təxmini belə izah edirdi ki, müharibədə qələbə qazanmaq hələ işin bitdiyi anlamına gəlmir. Bu qələbəni əbədiləşdirmək lazımdır. Bunu da incəsənətlə etmək olar.
Həqiqətən də bugünki qələbələrin mahiyyətini gələcəyə çatdırmaq üçün onu incəsənətlə gələcəyə ötürmək lazımdır ki, gələcək nəsillər üçün də bu qələbə öz mahiyyətini itirmiş olmasın. Amerikada Hollivudun bu dərəcədə məşhur olması bəlkə də buna görədir. Həm öz gələcək nəsillərinə həm bütöv dünyaya bu vasitə ilə təsir edə bilirlər.
Tarixi yazmaqdan əlavə onu insanlara hiss etdirmək də lazımdır ki, quru bir tarix səhifəsi kimi çevirib keçməsinlər. Belə olmasa, mahiyyətini itirmiş bir tarix gələcək nəsillərin öz sahib olduqları dəyərləri müdafiə etməyə həvəssiz edə bilər. Əllərindəkinin qədrini bilməyib, hətta özlərinin yox, başqalarının maraqlarını müdafiə edə bilərlər ya da potensial təhlükələrə qarşı aciz qala bilərlər. Tarixdə minlərlə qələbələr olub. Amma o qələbələrin əksəriyyətinə bir tarix səhifəsi qədər yer ayrılır və bu da onu oxuyanlar tərəfindən kifayət qədər hiss edilmir. Bu anda incəsənət dövrəyə girir və sadəcə xatırlatmır, həmin tarixi hiss etdirir.