Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Buridanın uzunqulağı və qərarsızlıq

Buridanın uzunqulağı və qərarsızlıq

Fransız filosof Jan Buridanın ortaya atdığı fikrə görə uzunqulağın qarşısına, eyni məsafəyə, bir tərəfdə su,  bir tərəfdə ot tayası qoysan, həm aclıqdan, həm də susuzluqdan ölər. Çünki, hansını seçəcəyinə qərar verə bilməyəcək. Məhz bu səbəbdən bu hekayə fəlsəfədə Buridanın uzunqulağı paradoksu deyə məşhurlaşıb.
Əslində bu paradoks müxtəlif formalarda müxtəlif filosoflar tərəfindən irəli sürülüb. Aristotel bu paradoksda uzunqulaq əvəzinə iti təmsili olaraq qeyd edib. Spinoza uzunqulaq məsəlini təkrarlayıb amma su və saman tayası əvəzinə iki eyni ölçüdə saman tayasını misal kimi götürüb. Bir çoxları tərəfindən “Fəlsəfəyə qarşı olan filosof” adlanan İslam alimi İmam Qəzali bu paradoksda dəvəni təmsili olaraq misal çəkib. Fəlsəfə bu kiçik təmsillərlə qərarsızlıqdan əlavə azad iradə məsələsi kimi böyük mövzuları sorğulayır. Azad iradə ilə bağlı fəlsəfədə fərqli fikirlər bu yazının mövzusu deyil. Ona görə sadəcə qərarsızlıq mövzusunda fikirlərə fokuslanacağıq. Buridanın misalı başda olmaqla yuxarıda çəkilən bütün bu misallar fəlsəfi çevrədə bilinsə də, bu misallardan ilhamlanıb, müasir dövrdə insanları müşahidə etməklə elmi sosioloji təcrübələr də aparılmışdır.

Son dövrlər aparılan təcrübələrdə çox seçim imkanının olmasının qərarsızlığa gətirdiyi təsdiqlənib. Hətta çox seçim imkanının məyusluğa və depressiyaya səbəb olduğu da deyilir. Ona görə bu fakt marketinq strategiyasında da nəzərə alınır. Bəzən çox çeşidlilik seçim etməyi çətinləşdirdiyindən sırf bu səbəbdən satış imkanları da düşə bilir.

Ceff Bezos və Qərarların təsnifatı

Qərarsızlıqla mübarizədə dünyanın ən varlı şəxslərindən biri olan və  Amazon şirkətinin sahibi Ceff Bezosun öz fikirləri var. O qərarları iki yerə bölür:
1) Tip 1 – Geri dönüşü olmayan qərarlar
2) Tip 2 – Geri dönüşü olan qərarlar
Birinci tip qərarlar verəndə çox diqqətli olmaq lazımdır və bu qərarları vermək üçün özünüzə zaman verməlisiniz. Bu tip qərarları verərkən, əsəbilik, yorğunluq, aclıq və yalnızlıq kimi hisslərdən uzaq olmaq lazımdır.
İkinci tip qərarlar verəndə isə daha sərbəst olmaq mümkündür. Təbii ki, bu qərarları da hisslərlə vermək olmaz amma bu tip qərarlarda çox tıxanıb qalmamaq da lazımdır. Bu tip qərarlarda sürətli olmağa öyrəşmək lazımdır. Hisslərdən uzaq və universal həqiqət axtarışı ilə bağlı Doğru və yanlışın tərifi adlı yazıya da göz ata bilərsiniz.
Ona görə qərar verərkən əvvəlcə həmin qərarın sizin üçün geri dönüşü olub-olmadığını aydınlaşdırmalısınız. Geri dönüşü olmayan qərarlardırsa, zaman lazımdır. Geri dönüşü olan qərarlardırsa, sürətli qərarlar verməlisiniz. Beləliklə bu qərarlarınız uğursuz olsa da, itirəcəyiniz çox böyük olmadığından, qazandığınız təcrübə daha böyük olacaq və gələcəkdə başqa qərarlarda sizə kömək edəcək.
Ciddi qərarlar verərkən kömək olsun deyə Roma papası tərəfindən yaradılmış bir institut haqqında yazı olan Şeytanın vəkili yazısını da oxuya bilərsiniz.

Mövzuya qayıdası olsaq, bir çox insanlar qərar verərkən hansı qərarın geri dönüşü olmayan, hansının geri dönüşü olan qərar olduğunu da müəyyənləşdirə bilmir. Təbii ki, birinci bunu öyrənmək lazımdır.

Gündəlik işlərdə qərarsızlıq

Ümumi gündəlik həyatdan nümunə gətirdikdə isə, insanlar bəzən çox əhəmiyyəti olmayan gündəlik işlərini belə hansından başlamağı düşünərək keçirir və fəaliyyətsiz qalaraq heç nə etmirlər. Nəticədə təxirə salmalar və yığılmış işlər də gərginliyə səbəb olur. Amma birini seçib başlamaq lazım idi. Bəlkə başladıqdan sonra digər işlər üçün də motivasiya yaranacaq. “Başlamaq işin yarısıdır” deyimi var. Bu deyim də qərar verməyin nə qədər vacib olduğunu göstərir. İşin yarısı yoxuşdur, digər yarısı isə enişdir. Artıq qərar verib başlamısansa, həmin motivasiya ən azından səni işin yarısına kimi aparacaq. İşin də yarısını başa vurdunsa, ondan sonra iş azalmağa doğru gedir. Artıq rahat olaraq işi başa vurmaq üçün digər səbəbiniz yaranır.

You may also Like

Standart təqvim

Standart təqvim

Haziran 27, 2026
İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Temmuz 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Abunə ol

Instagram Feed

×