Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Həm yaşlı, həm gənc

Həm yaşlı, həm gənc

Təbiət və içindəkilərin hər biri üçün bir ömür var. Cansız maddələrin də yaşı var. Adicə qaya parçalarının da yaşını müxtəlif üsullarla hesablamaq mümkündür. Heç bir şey olduğu kimi qalmır. Canlı orqanizmlərdə yaşlılıq daha aydın izlənir. Kiçik istisnalar olmasa, xırda yanılma payı ilə insanlar da bir-birlərinin təxmini yaşını müəyyən edə bilirlər. Zamanla hər şey dəyişir. Əslində kilid nöqtə də zamandır. Zaman hər kim və ya hər nə üçün davam edirsə, demək yaşlanma da baş verir. Zamandan bir anı qoparmaq üçün insanlar şəkil çəkdirir. Çünki o an artıq geri qayıtmayacaq. Amma kainatda heç yaşlanmayanlar da var. Zamanın onun üçün davam etmədiyi bu varlıq – zərrəcik fotondur. Bunlara şəkillərdə olduğu kimi daim bir anın içində qalıb, keçmiş və gələcəyi olmayan bir cansız varlıq deyə bilərik. Fotonlar işıq zərrəcikləridir və təbiətdə qəbul olunmuş maksimum sürət olan işıq sürəti ilə hərəkət edirlər. Mövzu ilə əlaqədar Dəyişkən zaman adlı giriş yazısına da baxa bilərsiniz.

Tək bir an

İşıq sürətində zaman dayanır və sanki  şəkildə olan bir kadra çevrilir. Fotonlar Kainat yarandıqdan bu yana eyni yaşdadırlar. Bunu kütləsiz olmaqlarına borcludurlar. Təbiətdə ən yüksək sürətə yalnız kütləsiz zərrəciklər çata bilir. İşıq sürətindən daha sürətli təsir mexanizmi də yoxdur. Bunu izah etmək üçün bir nümunə gətirək. Məsələn Günəş birdən yox olsa, onun orbitində hərəkət edən Yer Kürəsi nə vaxt həmin orbitdən çıxa bilər sualını araşdıraq.  Yer Kürəsinin Günəşə məsafəsi müxtəlif zamanlarda qismən dəyişir. Amma ortalama ilə götürsək, Günəşdən Yer Kürəsinə işıq 8 dəqiqə 19 saniyəyə çatır. İşıqdan daha sürətli təsir mexanizmi olmayacağı üçün Günəşin cazibə qüvvəsinin itməsinin təsiri də 8 dəqiqə 19 saniyə sonra Yer kürəsinə çatacaqdı və bu müddət ərzində biz Günəşin yerində olduğuna heç şübhə belə etməyəcəkdik.
Bəli, gördüyünüz kimi zaman nadir anlayışlardandır ki, onun qarşısının alınması təsəvvürə sığmır. İşıq sürətində hərəkət edən fotonlar üçün isə zamanın qarşısını almaq çox asandır, hətta onlar üçün zaman yoxdur deyə bilərik. Amma təsəvvür edək insanlara fotonları əvəz etmək təklif olunur. İnsanlar buna razı olardımı? Məncə yox. Çünki, bir insan həyatının sadəcə tək bir andan ibarət olmasını istəməzdi. Fotonlar zamanlı ömrü olanlara görə yaşlanmır və sonsuz ömrə sahib kimi görünür. Amma fotonların yerində olsaydınız sadəcə bir anın içinə sıxışıb qalardınız. Həyatınızı fərqli və rəngbərəng edən fərqli anları yaşaya bilməzdiniz. Bunun üçün zamana ehtiyac var. Sonsuz zamana sahib olmaq, fotonlar kimi zamandan azad olmaqla eyni mənada  anlaşılmamalıdır.  Yəqin ki, ‘Zaman qızıldan dəyərlidir’ ifadəsi sadəcə sonlu yaşama sahib olanlara aid deyil, həm də tək bir sonsuz andan ibarət həyat üçün də keçərli olardı.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023
Zamanı idarə etmək

Zamanı idarə etmək

Ocak 08, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Haziran 2026
P S Ç P C C P
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Abunə ol

Instagram Feed

×