Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Dəyişkən zaman

Dəyişkən zaman

İşıq sürətlənmir və yavaşlamır. Sürəti sabitdir və nisbilik nəzəriyyəsinə görə təbiətdə mümkün ola biləcək ən yüksək mütləq sürətdir. Mütləq anlayışı həyatda bir çox məsələlər üçün təsəvvür edilməzdir. Amma bəzi kəmiyyətlərin bugünki fizika elminin gəldiyi nöqtədə mütləq dəyərləri tapılmışdır. Bunlara örnək kimi sürəti, temperaturu göstərmək olar.

Temperaturun mütləq dəyəri haqqında Mütləq sıfır effekti yazısını da oxuya bilərsiniz. İşıq sürəti digər kəmiyyətlərdən olan uzunluğun ölçü vahidi metr etalonunun təyin olunmasında da iştirak etmişdir. Bunun sayəsində metrin çox dəqiq və çox az xətalı ölçüsü təyin olunmuşdur. Metr işığın 1/299792458 hissəsində getdiyi yoldur.

Gecə ulduzlarla dolu Göy üzünə baxanda əslində biz keçmişə baxırıq. Bir növ zamanda səyahət edirik. Kainatımız çox böyükdür. Hətta Günəş sisteminin mövcud olduğu Süd yolu qalaktikasının bir ucundan digər ucuna məsafənin 100 min işıq ili olduğu təxmin edilir. Günəşdən bizə gələn işıq isə 8 dəqiqədən çox vaxt aparır. İşıq sürəti zaman və məkanla bağlı anlayışlarımıza böyük dəyişiklik gətirir. İşıq sürətində zaman dayanır. Əgər işıq sürətindən daha böyük sürətə çatmaq mümkün olsaydı, yəqin ki artıq zamanda geri gedilərdi. Kütləsi olan cisimlər işıq sürətində hərəkət edə bilməzlər. Amma işıq sürətində olmasa belə əgər ömrümüzün axırına kimi işıq sürətinə yaxın bir sürətdə hərəkət edə bilsəydik digərlərinə görə dəfələrlə artıq uzun ömür sürərdik. Amma biz özümüz sadəcə digərləri qədər yaşadığımızı düşünərdik. Digər insanların bir ömürə sığdırdıqlarından daha artığını edə bilməzdik. Kənardan bizim hərəkətlərimizi müşahidə edə bilmək mümkün olsaydı, digər insanlar bizim eynən yavaş çəkimdəki kimi astagəl hərəkət etdiyimizi, zamanın bizim üçün yavaş axdığını müşahidə edə bilərdilər. Biz özümüz isə yavaş çəkimdə yaşadığımızı düşünməzdik. Əslində çox dərinə getsək, zaman hər birimiz üçün fərqli axır. Amma insanlıq üçün bu kiçik fərq elə də hiss olunmur. Ona görə Dünyanın sıfır nöqtəsi yazısında qeyd etdiyim kimi dünyanın müəyyən edilmiş hər hansı 15 dərəcəlik saat qurşağında hamı üçün eyni zamanı qəbul etmək belə bizə zamanda qazanmaq üçün yetərli gəlir. Əslində isə, yolda duran adamla, avtomobillə oradan keçən adamın zamanı belə fərqlidir. Sadəcə avtomobilin sürəti ilə, işığın sürəti müqayisə olunmaz dərəcədə fərqlidir. Ona görə arada yaranan zaman fərqini müşahidə etmək mümkün deyil.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023
Günəş sistemi

Günəş sistemi

Ağustos 28, 2022

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Haziran 2026
P S Ç P C C P
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Abunə ol

Instagram Feed

×