Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Yanıldıcı Dünya xəritəsi

Yanıldıcı Dünya xəritəsi

Dünyanın 2 ölçülü xəritəsini ideal olaraq heç bir proyeksiya ilə almaq mümkün deyil. Amma qismən yaxınlaşmaq olar. Hal-hazırda dünyada populyar olan xəritə proyeksiyası Merkator proyeksiyasıdır. Adından da göründüyü kimi bu proyeksiyanın yaradıcısı Gerard Merkatordur. O bu xəritəni 16-cı əsrdə hazırlamışdı. Bu proyeksiya o dövr üçün yaxşı olsa da, əslində mənfi bir xüsusiyyəti də var. Merkator proyeksiyası əsrlərdir insanlarda doğru təsəvvür yaratmır. Sadəcə proyeksiyanın üstünlüyü uzaq məsafələrə gəmi ilə səyahət zamanı bucağı sabit saxlamasıdır. Xəritədə iki nöqtə arasında bucağı görərək kompasla rahatlıqla həmin bucaq istiqamətində gediləcək nöqtəyə çatmaq olar. Amma məsafədə çox vaxt yanıldacaq. Məsafə ya çox uzaq görünəcək, ya da qısa görünəcək. Əslində məsafə olmasa da, bucaq düzgünlüyü bu gün də işə yarayır. Merkator proyeksiyası bugünün GPS sistemində düzgün bucaq yaratdığı üçün istiqamət baxımından düzgün məlumat verir. Əlavə olaraq Dünyanın bərabər bucaqlara bölündüyü Dünyanın sıfır nöqtəsi yazısını da oxumağı tövsiyyə edirəm.

Ümumilikdə Merkator proyeksiyalı xəritənin ölçüləri real olaraq əks etdirmədiyi və bucaq anlayışı xaric, dəfələrlə uyğunsuz miqyas xətaları uzun zamandır hər kəsə məlumdur. Bunu o vaxt Merkator sadəcə praktiki məqsədlər üçün yaratmışdı deyə bilərik. Amma bugünümüzdə də real miqyası əks etdirən xəritələr yerinə çox zaman Merkator proyeksiyası ilə hazırlanmış xəritələri seçirlər. Bu da bəzi insanlarda şübhələr yaradır. Məsələn Afrika kimi nəhəng bir qitə Merkator proyeksiyası səbəbindən özündən 15 dəfə kiçik Qrenlandiya ilə eyni boyda görünür. Bəzi insanlar Qərb dünyasının Afrikanı bu yolla dünyada kiçik göstərmək və şüuraltında bu yolla da insanlara psixoloji təsir etmək məqsədini güddüyünü düşünür. Onlar bu səbəbdən Merkator proyeksiyasından əl çəkilmədiyini iddia edirlər. Təbii ki , bu sadəcə konspirologiyadır, əsası yoxdur. Yenə də başqa maraqlı məqamlara da toxunmaq yerinə düşər. Merkator proyeksiyasında Avropa dünyanın mərkəzində görünür. Bundan əlavə Kanada və Amerika kimi ölkələrin dünyadakı ərazi miqyası olduğundan daha böyük görünür. Rusiya isə onsuz da böyük ölkədir. Merkatorda isə bu ölçülər daha dəhşətli dərəcədə böyük görünür.

Peters proyeksiyası deyilən proyeksiya da var. Həmin proyeksiya ilə real ölçülərə daha yaxın xəritə təqdim edilir. Bu proyeksiyada gördüyünüz kimi Rusiya şimalda daha nazik bir zolaq kimidir və şimala sıxışmış vəziyyətdədir. Afrikanın böyük hissəsi dünyanın mərkəzi kimi görünür. Məsələn Ərəb dünyası bu real miqyasda daha böyük görünür. Xəritələrə baxıb özünüz müqayisə apara bilərsiniz.

Əgər hansı istiqamətə gedəcəyinizi bilmək istəyirsinizsə, Merkator proyeksiyalı xəritədən, gedəcəyiniz məsafənin uzaq və ya yaxınlığını bilmək istəsəniz, Peters proyeksiyalı xəritədən istifadə edə bilərsiniz.

 

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Haziran 2026
P S Ç P C C P
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Abunə ol

Instagram Feed

×