Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Dünyanın sıfır nöqtəsi

Dünyanın sıfır nöqtəsi

Dünyada əsrlər boyu vahid saat standartı olmayıb. Demək olar hər vilayət və hər şəhər Günəşin doğması və batmasına görə öz təbii saatını yaradırdı. Zaman keçdikcə dünyanın uzaq məsafələri yaxınlaşdı, sürətli nəqliyyat vasitələri yarandı. Artıq bir şəhərdən digər şəhərə gedəndə zaman anlayışı qarışırdı. Bütün bunlar effektiv planlar qurmağa imkan vermirdi və iqtisadiyyata mənfi təsir edirdi.

İngilislər dünyada ilk standartlaşma təşkilatını yaratdıqları kimi ilk zaman standartlarını yaratmaq baxımından da irəliyə düşdülər və bugünki Qrinviç qəsəbəsini başlanğıc sıfır nöqtəsi qəbul etdilər. Dünyada böyük iqtisadi gücü olan bir ölkəyə zaman standartı çox vacib idi. İngiltərə 1884-cü ildə Vaşinqtonda keçirilən konfransda bu nöqtəni bütün dünyaya da qəbul etdirə bildi. Əsas rəqabət fransız və ingilislər arasında idi. Dünyanın 25 ölkəsinin qatıldığı konfransda 22 ölkə Qrinviçi dəstəklədi. Bu toplantıda Osmanlı da Türkiyə adı ilə iştirak edirdi və Qrinviçi dəstəkləyən ölkələr arasında yer aldı. Bu hadisədən 10 il sonra qərara etiraz edən bir radikal fransız anarxist Qrinviçdə partlayış törətmişdi.
Qrinviçin əsas özəlliyi belədir ki, Dünya üzərində hər 15 dərəcəlik qurşaq 1 saat hesab edilir. Beləliklə Yer kürəsində saat qurşaqları Qrinviçdən qərbə doğru və şərqə doğru hər birində 12 dilim olan iki hissəyə bölündü. Bugün bəzən saatları tənzimləyərkən gördüyümüz “GMT” ifadəsi “Greenwich Mean Time” deməkdir.
Bəzi ölkələr Qrinviç saat qurşağında öz aid olduğundan fərqli qurşağı istifadə edir. Məsələn İspaniya İngiltərə ilə eyni qurşaqda yerləşməsinə baxmayaraq GMT 0 yox, GMT+1 istifadə edir. O vaxt İspaniya kralı nasist Almaniya ilə yaxınlıq səbəbindən onunla eyni saatı istifadə etməyi qərara almışdı. Bu qərar hələ də yerindədir və ispanlar səhər 1 saat daha tez qalxmağa məcburdurlar.
Çin böyük ölkədir və bir neçə saat qurşağında yerləşməsinə baxmayaraq effektiv idarəetmə üçün bütün ölkədə sadəcə Pekinin də içində olduğu GMT+8 qurşağını istifadə edir. Qərb bölgədə yerləşən uyğurlar da məcbur bu qurşağı istifadə edir. Məsələn bir Uyğur Pekin saatı ilə qışda saat 10-da günəşin doğduğunu görür. Bu problemdən əziyyət çəkən uyğurlar qeyri rəsmi şəkildə də olsa GMT+6 saat qurşağını istifadə etməyə yönəlirlər.
Şəkildə gördüyünüz isə İstanbulun sıfır nöqtəsidir. Bu abidə “sıfır daşı” və ya “milyon daşı” adlanır. Abidənin 4-cü əsrdə Roma imperatoru Konstantin tərəfindən salındığı bildirilir. Ayasofiyanın yaxınlığında yerləşir. Əvvəllər 4 sütün və qübbədən ibarət olub. Bugün sadəcə 1 sütunu qalıb. Bütün şəhərlərə məsafələr bu nöqtədən hesablanırdı. Dünyanın mərkəzi hesab edilirdi. Qədimdə “Bütün yollar Romaya çıxar” ifadəsinin də bu abidəyə görə deyildiyi ehtimal edilir. Bəzi insanlar Dünyanın təbii “sıfır” nöqtəsinin İstanbuldakı “sıfır daşı” olmalı olduğunu iddia edir. Bu abidədən Bakıya qədər məsafə 1756 km-dir.
Artıq Qrinviç barəsində dünyada fərqli fikirlər var. Bəzi ölkələr bunu faydalı və dünyəvi bir standart yox, imperial əsaslı olduğunu deyir. Bəziləri isə sadəcə yeni və daha inkişaf etdirilmiş standarta ehtiyac duyulduğunu bildirir. Hətta İngiltərədə də saat sistemini daha əlverişli hala gətirmək üçün ara-sıra müxtəlif təkliflər irəli sürülür.

You may also Like

Standart təqvim

Standart təqvim

Haziran 27, 2026
İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Temmuz 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Abunə ol

Instagram Feed

×