Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Ayasofyada gizli qalmış yazılar

Ayasofyada gizli qalmış yazılar

Ayasofyada həm Bizans, həm Osmanlı dönəmində sadə çatlar olduğu güman edilib əhəmiyyət verilməyən bu izlərin əslində runik yazıları olduğu yaxın illərdə kəşf edilib.
Runik yazılar bir neçə versiyada olub. Bu versiyalar əsasən bir neçə türk xalqının adı ilə bağlıdır: Avar, Etrusk, Sekel (Macar), Qafqaz, Yenisey Orxon, Bolqar və s.
Amma türk xalqlarından olmayan döyüşkən Vikinq tayfaları da runik əlifbasının öz versiyasını (Futhark) istifadə edib.

Ayasofyadakı bu runik yazıların oxunmasında müəyyən tərəddüdlər var və iki versiya ilə oxunub: 1) Vikinq dili; 2) Qədim türk dillərinə görə
Birinci versiyaya əsasən bu yazıları 9-cu əsrdə Bizansa gələn Halvdan adlı bir vikinq sərkərdəsi yazıb. Halvdan Ayasofyada bir xristian dini ayininə qatılıb. Amma ayinin gedişində özü xristian olmadığından çox güman ürəyi sıxılıb və həmin anda özünə məşğuliyyət taparaq ikinci mərtəbədə bir yerə ‘Halvdan buradaydı’ yazaraq özündən iz buraxıb. Bugün də insanlar getdikləri maraqlı yerlərdə iz buraxmaq məqsədilə adını divara-daşa yazırlar.
Vikinqlər soldan sağa doğru yazırdılar. Yazını belə oxuyarkən təxmini yuxarıdakı cümlənin alındığı qənaəti əldə olunur. Amma bu versiyada cümləni tam oxumağın mümkün olmadığı da deyilir. Yəni dəqiqlik yoxdur. Amma bu versiya hələ əsas qəbul edilən versiyadır.
İkinci versiya qədim türklərin yazdığı iddia olunan versiyadır. Yustiniyanus Ayasofyanın açılışını 537-ci ildə etmişdir. Ayasofyanın tarixi ilə bağlı Ayasofya – imperiyaların əzəməti adlı yazıya göz gəzdirə bilərsiniz. Açılışdan 21 il sonra Kandık adlı Avar elçisi İstanbula gəlir və bu sözləri deyir: “Sizin hüzurunuza ən şərəfli ulus gəlib. Düşmənlərinizi rahatlıqla məğlub edəcək və məhv edəcəkdir. Bu səbəbdən onlarla müttəfiq olmaq yararınızadır, onlar yaxşı keşikçidirlər.”
 İstanbula gələn avar elçinin İstanbulun mərkəzində olan, öz dövründə dünyanın ən böyük məbədi Ayasofyanı ziyarət etməməsi normal şərtlərdə mümkün deyil. Bir ehtimala görə həmin runik yazılar bu avar elçiyə məxsusdur. Runik yazılar türklərin istifadə etdiyi şəkildə sağdan sola doğru oxunduqda bu məna çıxır: “Tanrının əri (igidi) olan bu məşhur şəxs, Tanrıya çatan qutlu ərəndir.”
Bu ifadə qismən ‘Allahdan gəldik, Allaha qayıdacağıq’ ifadəsinə bənzəyir. Ayasofyada bu ifadənin yazılması da müqəddəs bir yerdə yazıla biləcək daha uyğun versiya kimi görünür.
Bu iki iddiadan ikinci versiya təsdiqini tapmış olsa, Türklərin Ayasofya ilə ilk təmasları xaric, birbaşa olaraq ilk izi 1453-dəki fəthdən təxminən 900 il əvvələ, yəni Ayasofyanın ibadətə açıldığı ildən 21 il sonraya gedib çıxır.

You may also Like

Ensiklopediyalar

Ensiklopediyalar

Ocak 22, 2023
Pulun tarixi

Pulun tarixi

Ağustos 17, 2022
Məğlubedilməz armada

Məğlubedilməz armada

Ağustos 11, 2022

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Temmuz 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Abunə ol

Instagram Feed

×