Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Titanik-2

Titanik-2

Titanikin batması tarixdə ən böyük gəmi faciəsi hesab edilir. Dövrünün ən nəhəng gəmisi, həmin dövrün ən yüksək texnologiyası ilə hazırlanmışdı.  Titanik gəmisi tarixdə bəlkə də insanların dini inanclarında olan Nuhun gəmisindən sonra ən çox haqqında danışılan gəmi oldu. Maraqlıdır ki, Titanik adının da müəyyən mənada fərqli dini çalar daşıdığını deyə bilərik. Gəminin adı qədim yunan mifologiyasında olan Tanrı irqini ifadə edən Titan adına əsasən müəyyənləşdirilmişdir.

Bir çox tərsliklər, təsadüflər və yanlışlar nəticəsində bu gəmi batdı. Titanik gəmisinin batması ilə yanaşı, faciənin böyük olması da bir çox təsadüf və yanlışların nəticəsi idi. Məsələn, o dövrün qanun və standartına görə gəminin daşıyacağı xilasetmə qayıqlarının minimal sayı sərnişinlərin sayına görə yox, gəminin kütləsinə görə təyin edilirdi. Bəlkə qanunu yaradanlar özü də bu nəhənglikdə gəmiyə hazır deyildi ki, bu minimal say şərtini yeniləməyə fürsət tapmadılar. Əslində bu özü də standartların və qanunların inkişaf proseslərindən də sürətli olmağa çalışmasının vacib olduğunu göstərir.

Gəmidə olan 2224 nəfərdən sadəcə 710 nəfəri xilas ola bildi. Titanikdə sərnişinlər 1-ci, 2-ci, 3-cü sinif olaraq yerləşdirilmişdi. Xilas olanların nisbəti də elə bu siniflərə müvafiq oldu. Amma gəmi batanda əlavə kateqoriyalaşma da yarandı: 1) Kişilər, 2) Qadınlar, 3) Uşaqlar.

Bu yeni kateqoriyalaşma sinfi bölünmədən biraz fərqli vəziyyət yaratdı. Aşağı sinifdə səyahət edən bir qadının xilas edilmə nisbəti, yuxarı sinifdə səyahət edən kişidən daha çox idi. Bu isə gəmidə qadın və uşaqların birinci xilas edilməsi ilə bağlı verilən alicənab qərarla bağlı idi. Ümumilikdə gəmidə səyahət edən kişilərin 20%-i, uşaqların 51%-i, qadınların 74%-i xilas edilə bildi.

Titanik, haqqında olan iddialarla gündəmdə qalmaqla yanaşı, həm də fərqli ideyalara da səbəb oldu. Bu da gəminin tarixinə görə böyük bir şöhrətə sahib olmasından qaynaqlanır. O ideyalardan biri də Titanik-2 gəmisidir.
Bir ləngimə olmasa, 2022-ci ildə Titanik-2 gəmisinin səyahətə başlayacağı planlaşdırılır. Bu layihə avstraliyalı sahibkar Kliv Palmerin ideyasıdır. İlk rotanın da eyni olacağı iddia edilir. Titanik-2 gəmisi tamamilə original Titaniklə eyni daxili-xarici dizayna və eyni ölçülərə sahib olacaq.

You may also Like

Standart təqvim

Standart təqvim

Haziran 27, 2026
İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Temmuz 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Abunə ol

Instagram Feed

×