Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Evrənavt, Kosmonavt yoxsa Astronavt

Evrənavt, Kosmonavt yoxsa Astronavt

Türkiyənin bu il açıqladığı milli kosmik proqramının maddələrindən biri də 2023-cü ilin sonuna kimi kosmosa astronavt göndərməkdir. Amma indidən astronavt sözünü milli bir sözlə əvəzləmək istəyirlər. Bu söz əslində tam beynəlxalq bir termin deyil. Müxtəlif ölkələrdə müxtəlif sözlərlə deyilir (Amerikada astronavt, Rusiyada kosmonavt, Çində taykonavt və s.).

Türkiyəli YouTuber Barış Özcan təklif edir ki, türkcədə bu sözün qarşılığı Evrən sözünə əsasən Evrənavt (Türkiyə türkcəsində səslənişi evrenot) olsun.
Evrən sözü tərcümədə Kainat deməkdir. Qədim türk sözüdür və bir çox mənaları olub. Bu sözə rast gəlinən ilk qaynaq ‘Divani Lüğətit Türk’ əsəri olub. Orada ‘Evrən’ sözü ‘Göy qübbəsi’ mənasında işlənib. Kök olaraq evirmək (döndürmək) sözündən yaranıb. Uzun müddət ölü sözlər arasında olmasına baxmayaraq Türkiyə Dövləti Cümhuriyyətin ilk illərindən başladığı Türkcəni təmizləmək hərəkatında bu sözü də diriltmişdir. Sözün başqa özəlliyi də Qərb dillərində yaxın mənanı verən ‘universe’ sözü ilə bənzər olmasıdır.
Azərbaycanda bu söz hələ də ərəb mənşəli Kainat sözü ilə ifadə olunur. Dilimizdə istifadə olunan Kosmos sözü isə Türkiyədə yenə başqa bir türk mənşəli Uzay sözü ilə əvəzlənib.  Uzay sözü də mənaca uzaq sözü ilə eyni kökdəndir. Göründüyü kimi hər iki söz çox mənalı və türkcədə yerinə oturan sözlərdir.
Ümumiyyətlə bir çox alınma sözü əvəzləmək üçün yenidən yaratmağa ehtiyac yoxdur. Qədim türkcədə itmiş sözləri tapıb əvəzləmək olar. Əgər elə bir söz tapılmasa onda türk dillərinə aid qanunlarla yeni söz yaratmaq olar.

You may also Like

Standart təqvim

Standart təqvim

Haziran 27, 2026
İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Ekim 2026
P S Ç P C C P
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Abunə ol

Instagram Feed

×