Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Törə və Tora

Törə və Tora

Qədim Orxon yazılarında ‘Törü’ şəklində yazılan söz indi ‘Törə’ şəklində yazılır və tələffüz edilir. Sözü izah edən bəzi lüğətlər bunun monqolların təsirinə görə olduğunu bildirir. Sözün mənşəyi ‘törəmək’, ‘yaradılmaq’ mənalarındadır. Buraya qədər çox fərqli fikirlər yoxdur. Bu sözün tarixi haradan başlayır? Bu barədə isə biraz fərqli fikirlər var.

Bir iddiaya görə ‘Törə’ sözü İudaizm dininin müqəddəs kitablarının bir hissəsini təşkil edən ‘Tövrat’ ilə əlaqəli ola bilər. Yahudilər Tövrat sözünü Torah (və ya Tora) şəklində tələffüz edir.
Türk dilində ‘Törə’ sözü qədim adət ənənələrlə gələn qayda qanunlar toplusu mənasında işlənir. Tövrat da ivrit dilində qanun (yasa) deməkdir. Çox maraqlıdır, təxminən eyni mənanı verən ‘doktrina’ sözü də tora sözü ilə müəyyən bənzərlik təşkil edir. Bütün bu sözlərdəki bənzərlik ciddi olaraq eyni qaynaqdan gəlmə nəticəsində ola bilərmi? Doktrina sözü latın dilindən gəlib. Latın dili Hind-Avropa dil ailəsinə aiddir. Törə sözü türk dillərinə aid bir sözdür. Türk dilləri Altay-Ural dil ailəsinə mənsubdur. Tora (Tövrat) sözü isə ivrit dilinə məxsus bir sözdür. İvrit dili Sami dilləri ailəsinə mənsubdur. Mənşəcə 3 fərqli dil ailəsində eyni mənanı ifadə edən bənzər bir sözün olması təəccüblü gəlir. Bu bənzərliyi anlamaq üçün dəqiq olmasa da müyyən təxmin yürütmək olar. Romanın rəsmi dili halına gəmiş latın dilin dili, həm də xristianlığın rəsmi dilinə çevrilmişdi. Tövrat isə həm də Xristianlıqda Bibliyanın Əhdi Ətiq bölməsində yer almış bir kitab olaraq qəbul edilir. Beləliklə buradan bir yaxınlıq əlaqəsi qurmaq olur.
Türk xalqları müxtəlif dinləri qəbul etsələr də, etməsələr də onlarla daimi tanışlıq nəticəsində dünyanın müxtəlif yerlərində izlər qoyması bilinən bir məsələdir. Bu barədə Ayasofyada gizli qalmış yazılar adlı yazını oxuya bilərsiniz. Qədim türk imperiyalarından biri olan Xəzər imperiyası da müəyyən bir dövr İudaizm dinində olub. Nəzərə alsaq dövlətin rəsmi dini olmadan əvvəl də türklər İudaizmlə tanış olmuş ola bilərlər. Onda bu məsələ daha da maraqlı gəlməyə başlayır. Bəlkə də vaxtilə bu din vasitəsilə biraz tələffüz dəyişdirmiş formada ‘Torah’ sözü qədim türk dillərinə və eləcə də Avropa dillərinə keçmiş ola bilər. Təbii ki, bu dəqiq bir nəticə deyil. Sadəcə təsadüfi bənzərlik və ya başqa açıqlaması da ola bilər.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×