Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Salamlaşma

Salamlaşma

Salam vermək dərin mənada ‘məndən sənə zərər gəlməz’ deməkdir. Bizim işlətdiyimiz ‘salam’ kəlməsi də ərəb mənşəli söz olub sülh kəlməsi ilə eyni kökdəndir. İslam kəlməsi də bu kökdən gəlir. Bəzən biz sağollaşanda da ‘sağ salamat’ deyirik. Bunu deməklə ‘güvəndə qal’ ‘sülh içində qal’ arzumuzu bildiririk.

Salam verərkən əl ilə görüşmək ‘məndən sənə bir zərər gəlməz’ deməyin başqa bir formasıdır. Bu yolla əlimin içi boşdur, nəsə gizlətmirəm deyilir. Hərbi salam da bu mahiyyəti daşıyır. Bir ölkənin hərbçiləri bir-birinə salam verərkən ‘Eyni tərəfdəyik. Məndən sənə zərər gəlməz’ deyir. Fərqli ölkələrin hərbçiləri də bir-birinə hərbi salam verə bilir. Bu halda o deməkdir ki, ‘səninlə müharibə etmirəm’, ya da ən azından ‘hələ döyüşmürəm’ mənasına gəlir.

Qılınc-qalxan dönəmində döyüşmək məqsədi olmayan və bir-biri ilə qarşılaşan əsgərlər sağ əllərini yuxarı qaldırıraraq salam verirdi.  Əslində bu salam vermə şəkli hələ də qalıb. Bəzən uzaqdan bir-birini görən insanlar bu şəkildə bir-birini salamlayır. Daha sonralar zirehli formalar geyinən əsgərlərin dəbilqələri onların üzlərini gizlətdiyindən qarşılaşanda sağ əlləri ilə dəbilqələrini qaldıraraq üzlərini göstərirdi. Elə bugünki əsgər salamı da həmin dəbilqə qaldırma hərəkətinin biraz şəkil dəyişdirmiş formasıdır.

Pandemiya dövründə də bir çox salamlama şəkilləri geniş yayıldı. Bunlara misal kimi dirsəkləri toxundurmaq, yumruqları toqquşdurmaq, əlini sinəyə aparıb ürəyin üstünə qoymaq və s. formaları göstərmək olar. Əlini ürək üstünə qoymaq əslində daha qədim və Türk mədəniyyətinə aid edilən bir salamlaşma şəklidir.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×