Mörfi qanunları
- Eylül 19, 2021
- by
- Tural Qaraqaşlı
Dünyanı dəyişdirənlər də, dünya barədə pessimist olanlar da mühəndislər olub. Pessimistliyin qanununu yaradan və ABŞ hava qüvvələrində işləyən Mörfi ən böyük örnəkdir. Əslində onun yaratdığı bu qanunlara mizah yönlüdür deyə bilərik. Mizahi fəlsəfə kimi geniş yayılıb.
Deyilənə görə Mörfi ilə birgə işləyən texnik işlərindən birində pilotun üstünə yapışdırılmalı olan 16 akseloremetrin 16-sını da səhv taxmışdı. Zarafatcıl və güclü mizah anlayışına sahib Mörfi bundan sonra “Bir işi yanlış şəkildə etməyin bir yolu varsa, bu adam onu mütləq tapar” deyib.
Mörfi qanunlarından bəzi bəndlər:
1) Bir şeyin tərs getmə ehtimalı varsa, mütləq tərs gedəcək.
2) Bir şeyin tərs getmə ehtimalları arasında mütləq gerçəkləşəcək olanı ən çox zərər verəndir.
3) Əgər bir iş pis nəticələnməyibsə, demək mümkün nəticələr arasında pis olanı olmayıb.
Bu qanunlar çoxdur. Bir çoxu sonradan bu qanun tərəfdarları tərəfindən yaradılıb. İçində mizah və günlük yaşantıdan epizodlar olduğu üçün dünyada populyarlaşıb. Amma Mörfi (Murphy) qanunlarına əks olan Yhprum qanunları da var. Qanunun adı da Mörfiyə tərsdir. Çox geniş yayılmayıb. Səbəbi yəqin ki bəllidir. Çünki insanlar daha çox şanssızlıqdan şikayət edir.)Yhprum qanunları Harvard Universiteti professoru Richard Zeckhauser tərəfindən yaradılıb. Özü iqtisadçıdır. Daha optimist yanaşma edib və sadəcə 3 maddədən ibarət qanun yaradıb:
1) Bir şeyin olmaq ehtimalı varsa, mütləq olar.
2) İşləyə bilən hər şey işləyər.
3) İşləməyən sistemlər də bəzən işləyir.
Sonuncu bənd ‘işləməyən saat da gündə 2 dəfə düz göstərir’ fikrinə bənzəyir.






