Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Doğru və yanlışın tərifi

Doğru və yanlışın tərifi

Sizdən bütün doğru və yanlışları təyin etmək və onları bir-birindən ayırd etmək üçün vahid düstur və ya tərif yaratmaq istənilsə idi, necə bir tərif yaradardınız? Belə bir tərifi İmmanuel Kant yaratmışdı. Həmin tərif belə idi: “Elə davran ki, sənin əsaslandığın meyarın hər kəs üçün qanunvericilik qüvvəsi olsun”.
Həqiqətən də bu tərifə əsasən doğru və yanlışları ayırd etmək asanlaşır. Məsələn təsəvvür edin belə bir qayda var: “Səndən oğurlayıblarsa, sən də başqasından oğurla”. Bu qaydanın yanlış olduğunu və əxlaqi olmadığını Kantın tərifinə əsasən asanlıqla təyin edirik. Kantın tərifinə görə əsaslandığın meyarın hər kəs üçün qanunvericilik gücü olmalıdır. Yəni hər kəs bunu qəbul edə bilməlidir. Bu misalda isə haqsızlıq açıq görünür. Səndən oğurluq edilib deyə, niyə başqası bunun qarşılığında əziyyət çəksin?
Kant fəlsəfəsində etika qaydaları haqqında əlavə olaraq Yalan və doğru yazısında tanış ola bilərsiniz.
Başqa bir misal deyək: “Başqasının malına göz qoyma”. Bu isə hər kəsin qəbul edə biləcəyi qanundur. Hətta oğru belə bunun əxlaqi olması ilə razılaşardı. Çünki, oğru özü oğurluq etsə də, oğurluğun öz başına gəlməsini istəməz.

Hisslər və Məntiq

Göründüyü kimi, Kant, əxlaqi qaydaları ağıl və məntiqə əsasən təyin edən bir tərifi ortaya qoymuşdu. Bununla doğrular və yanlışlar barədə tərəfsiz olaraq hər kəs ortaq nöqtəyə gələ bilərdi. Bundan əlavə o yalnızca doğrular və yanlışları təyin etməmişdi. Kant əxlaqi qaydalara (doğrulara) riayət etməyi vəzifə borcu kimi qəbul edirdi. Yəni birinə yaxşılıq edirsənsə, bunu qarşılıq gözləmədən sadəcə vəzifə borcun kimi qəbul edərək yerinə yetirməlisən. Hər hansı mənfəət gözləmək olmaz. Mənfəət gözləmədən edilən yaxşılığın əxlaqi olduğu əlbəttə aydındır. Amma Kant sadəcə bununla da kifayətlənmir. Ona görə mərhəmət hissinə görə və ya vicdan əzabı çəkməmək üçün edilən yaxşılıq da əsl əxlaqi davranış deyil. Hisslərə görə yox, sadəcə və sadəcə öz vəzifə borcunu yerinə yetirmək üçün etdiyin yaxşılıq əsl əxlaqi davranışdır. Sırf mərhəmət hissinin əlavə təsiri ilə etdiyin yaxşılıq həmin yaxşılığının mərhəmət hissinə gərək duyduğunu göstərir. Vəzifə borcu anlayışı isə sənin üzərində şüurlu bir tələb qoyur ki, bu hər zaman səni yönəldəcək bir standartdır. Kant duyğuların mücərrədliyindən xilas olaraq, doğru olanı şüurlu şəkildə edib vərdiş qazanmağın daha üstün olduğunu düşünmüş ola bilər.

Universal doğrular

Alman filosofunun əsl alman dəqiqliyi ilə, hər hansı əlavə qarışıq fikirlərə yer vermədən təyin etdiyi əxlaq anlayışı bugün də dünyada aktualdır.
Kantın əxlaq anlayışı dində əxlaq anlayışına bənzəyir. Bir çox dinlərdə də müəyyən qayda ilə təyin edilən doğrular və yanlışlar, qarşılıq gözləmədən, vəzifə borcu kimi edilən yaxşılıq anlayışı vardır. Qədim türklərdə də dəqiq şəkildə təyin edilmiş, hətta xanların da tabe olmalı olduğu törə anlayışı var. Törə anlayışına dair əlavə olaraq Törə və Tora yazısını da oxuya bilərsiniz. Bu anlayışda da təyin edilmiş mütləq doğrular və yanlışlar vardır və ona tabe olmaq bir vəzifə borcudur. Bilgə Xaqanın məşhur sözü vardır: “Üstdə mavi göy çökmədikcə, altda yağız yer dəlinmədikcə, sənin dövlətini, sənin törəni (qanunlarını) kim poza bilər”
Müasir dövlətlərin qanunları, konstitusiyalar da  vahid qaydalara – doğrulara və yanlışlara görə təyin olunmuşdur. Hətta yol hərəkət qaydaları belə bu mütləq doğru və mütləq yanlış anlayışı üzərindədir. Qırmızı işıqda keçmək yanlış, yaşıl işıqda keçmək doğrudur. Hər kəsə ayrı qayda yoxdur və ya hər hansı duyğulara görə (qorxu, mərhəmət və s.) xüsusi qaydalar yoxdur. Bütün qaydalar nizamı qurmaq üçün mütləq hökmündədir.
Fəlsəfədə doğru və yanlışı ayırd etmək üçün fərqli fikirlər də var. Amma Kant fəlsəfəsi qədər dərin yer etməyib. Digər fikirlərə növbəti yazılarda toxunarıq.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×