Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Mütləq sıfır effekti

Mütləq sıfır effekti

Bu aralar havalar sərin keçir. Sərin anlayışı insan üçün soyuq və istinin arasında ideal bir temperaturdur. Əgər havalar şaxtalı keçir desəm, avtomatik mənfi temperatur, yəni insan üçün çətin hava şəraiti başa düşüləcək (Qış mənim üçün əvəzedilməzdir o ayrı 🙂). Bir çox anlayışlar insanmərkəzli düşünülüb. Gündəlik həyatda yararlı olan normalar hamısı hələ mütləq doğru deyil.

Məsələn bizim mənfi dediyimiz temperatur suyun donma temperaturundan aşağı olan temperaturdur. Su insan üçün həyatdır. Onun donmasının sıfır olaraq qəbul edilməsinin məncə bu mənada rəmzi bir mənası da var. Əslində isə dünyada, hətta kainatda mənfi temperatur yoxdur. Hətta mütləq sıfır da yoxdur. Mütləq sıfır temperaturu maddənin sadəcə fiziki donması deyil, atomlarının belə hərəkətini tam dayandırdığı temperaturdur. İstənilən hərəkət temperatur yaradır və atomlar da durmadıqca, biz sıfır temperaturu qeyd olundu deyə bilmərik.
Gündəlik həyatda çox istifadə edilən və suyun donmasını sıfır olaraq qəbul edən Selsi şkalasından fərqli olaraq, Kelvin şkalası atomların da hərəkətini dayandırdığı temperaturu mütləq sıfır olaraq qəbul edir. Beynəlxalq vahidlər sistemində 7 əsas vahiddən biri Kelvindir. Bu əslində temperaturun nə dərəcədə əhəmiyyətli fiziki kəmiyyət olduğununu da göstərir. Əgər biz Kelvin şkalasını Selsi şkalasına çevirsək, mütləq sıfır temperaturu – 273,15 selsi dərəcə olacaq. Laboratoriya şəraitində mütləq sıfıra çox yaxınlaşılsa da yenə də tam çatmaq mümkün olmayıb.
Alimlər araşdırmalar apararaq mütləq sıfırın altına enmək üçün üsullar axtarıblar. Çox qəribə bir nəticəyə gəliblər. Sonsuz istiliyi keçmək əslində mütləq sıfırın altına düşməklə eyni effekti verir. Maddəni sonsuz temperaturla isitməklə atomları durdura bilərik. Bunun üçün maddəyə izolə edilmiş şəkildə enerji versək, temperatur ən yüksək həddə çatanda atomlar maksimum dağınıq şəkildə olacaq. Çünki atomlar arasında enerji fərqi maksimum həddə olacaq. Həmin limiti də keçib daha çox enerji verildikdə isə, artıq atomlar arasında enerji fərqi qalmayacaq və hamısı enerjilərinin verdiyi ən yuxarı nöqtəyə toplaşıb sabit qalmaq məcburiyyətində qalacaqlar.
Sadə desək, futbol zamanı, oyun təzə qızışarkən oyunçular dörd bir tərəfə dağılmış olur, amma, son dəqiqələrdə məğlub olan çarəsiz futbol komandasının qapıçısı belə üzərindəki təzyiqi hiss edərək rəqib meydanına getməyə məcbur olur. Beləliklə qapıçı daxil bütün futbolçular rəqib qapısının önünə yığılır. Eynilə bu yüksək enerji də əvvəl atomları nizamsız hərəkət etdirir, artıq limiti də keçdikdən sonra isə son atoma qədər bütün atomları bir tərəfə yığır. Əslində sonsuz limitdə enerji vermək də mümkün deyil. Amma alimlər bu sonsuz enerji ehtiyacını laboratoriyada müxtəlif üsullarla limitləndirə biləcəklərini düşünür. Hətta Almaniyada bu sınaq həyata keçirilib. Bu məsələ öz birmənalı təsdiqini tapsa, termodinamika qanunları məhdud bir əhatəyə sahib olacaq. Kainatla əlaqəli bəzi müəmmaların işıq üzünə çıxması bir yana, gündəlik həyatda faydalı iş əmsalı 100% olan mühərriklərin yaranmasına imkan yaranacaq, hansı ki Termodinamika qanunlarına görə bu mümkün deyil.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×