Recent Posts

Təqvim

Standart təqvim



Makao


Stay Connected

Mühəndis Yazar
Morze kodlaşması

Morze kodlaşması

Telefonumuzun klaviaturasında çoxlu sayda hərf, rəqəm və müxtəlif durğu işarələrin yerinə sadəcə iki böyük işarə – nöqtə və tire olsaydı, bu mesajlaşmada sürət yaradardı. Çünki, bütün yazmaq istədiklərimizi sadəcə bu iki işarə ilə yaza bilərdik.

Bu Morze əlifbasıdır. Amma bunun da bir mənfi yönü var. Hər hərf və ya rəqəmi yazmaq üçün 4-5 dəfə düyməyə basmalıyıq. Müsbət tərəfi də odur ki, klaviaturamızda sadəcə 2 düymə var. Bütün hərflər və rəqəmlər bu iki işarənin müxtəlif kombinasiyaları ilə yaranır. Əslində köhnə telefonlarda da mesajlaşanda bir hərfi yazmaq üçün bir düyməyə bir neçə dəfə basmaq lazım idi. Üstəlik düymələr daha çox idi. Morze əlifbası olan bir klaviaturada isə sadəcə iki düymə var. Belə halda mesajlaşmanın köhnə telefonlardakı klaviatura sisteminə görə daha sürətli olacağı demək olar ki, dəqiqdir. Amma smartfonlarda vəziyyət fərqlidir. Əgər indi telefonlarda sadə əlifbalı klaviaturalardan əlavə, həm də Morze əlifbalı iki düyməli klaviatura da olsaydı, bu məsələ barədə testlər edilə bilərdi. Bəzən Morze əlifbası yerinə Morze kodlaşması da deyirlər. İnformasiya sistemlərində bütün verilənləri 0 və 1-lərlə yadda saxlayan ikilik kodlaşma
ya bənzəyir. Amma ondan daha sadə olduğu üçün əlifba xüsusiyyəti də var. Bir də əsasən siqnallaşma məqsədi ilə yaradılıb. Uzun və qısa siqnalların kombinasiyaları ilə uzaq məsafələrlə əlaqə yaratmaq əsas məqsəd olub. İlk uzaq məsafəli əlaqə məhz bu əlifbanın yaradıcısı Samuel Morze tərəfindən həyata keçirilib. Vaşinqton və Baltimor arasında teleqraf xətti ilə ilk göndərilən mesaj Bibliyadan “What hath God wrought – Tanrı nələr etdi” oldu. Morze əlifbası sanki maşın və ya cihaz əlifbası ilə insan əlifbası arasında bir keçid əlifbadır. Siqnal da göndərmək olar, mesaj da yazmaq olar. Sadə bir fitlə də 3 qısa, 3 uzun və yenə 3 qısa fit səsi SOS siqnalıdır. Sonda isə Morze əlifbası ilə bir söz yazım:    – ..- .-. .- .-..

You may also Like

Standart təqvim

Standart təqvim

Haziran 27, 2026
İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts

Təqvim

Standart təqvim



Makao


Categories

Yazı təqvimi

Ekim 2026
P S Ç P C C P
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Abunə ol

Instagram Feed

×