Salamlaşma
- Eylül 28, 2021
- by
- Tural Qaraqaşlı
Salam verərkən əl ilə görüşmək ‘məndən sənə bir zərər gəlməz’ deməyin başqa bir formasıdır. Bu yolla əlimin içi boşdur, nəsə gizlətmirəm deyilir. Hərbi salam da bu mahiyyəti daşıyır. Bir ölkənin hərbçiləri bir-birinə salam verərkən ‘Eyni tərəfdəyik. Məndən sənə zərər gəlməz’ deyir. Fərqli ölkələrin hərbçiləri də bir-birinə hərbi salam verə bilir. Bu halda o deməkdir ki, ‘səninlə müharibə etmirəm’, ya da ən azından ‘hələ döyüşmürəm’ mənasına gəlir.
Qılınc-qalxan dönəmində döyüşmək məqsədi olmayan və bir-biri ilə qarşılaşan əsgərlər sağ əllərini yuxarı qaldırıraraq salam verirdi. Əslində bu salam vermə şəkli hələ də qalıb. Bəzən uzaqdan bir-birini görən insanlar bu şəkildə bir-birini salamlayır. Daha sonralar zirehli formalar geyinən əsgərlərin dəbilqələri onların üzlərini gizlətdiyindən qarşılaşanda sağ əlləri ilə dəbilqələrini qaldıraraq üzlərini göstərirdi. Elə bugünki əsgər salamı da həmin dəbilqə qaldırma hərəkətinin biraz şəkil dəyişdirmiş formasıdır.






