Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Süni Günəş

Süni Günəş

Atlantik okeanında tapıla bilməyən böyük bir enerji yatır. 1958-ci ildə Soyuq Müharibə dönəmində Amerika Hərbi Hava Qüvvələri Georgia ştatı yaxınlığında hərbi təlim keçirirdi. Təlimdə xəyali olaraq Sovet ordusuna qarşı savaş hərəkatı test edilirdi və hətta tam həqiqiyə yaxın olsun deyə hərbi təyyarələrdən biri həqiqi hidrogen bombası belə daşıyırdı.

Hər şey yolunda gedərkən geri dönüş yolunda təyyarələr toqquşdu. Bombanı daşıyan təyyarənin pilotunun katapult edib özünü xilas etməkdən başqa yolu qalmamışdı. Amma bombanı nə edəcəkdi?! Təyyarəni bomba ilə bir yerdə buraxsa böyük fəlakət ehtimalı var idi. Belə qərara gəldi ki, bu təhlükəli silahı okeana buraxsın. Okean üzərində, Tybee adasından 16 km uzaqlıqda bunu gerçəkləşdirdi. Hal-hazırda yaxınlıqdakı həmin ada turistik bölgədir.

 Daha sonra bu bombanın tapılmasına nə qədər cəhd edilsə də, tapılmadı. Hətta uzun illər sonra terror təhlükəsinə qarşı 2000-ci illərdə yenidən axtarıldı, yenə tapılmadı.
Hidrogen bombasının ortalama gücü Xirosima və Naqasakiyə atılan bombalardan 1000 dəfə güclüdür. Atom bombalarının prinsipi atomların parçalanmasına əsaslanırsa, Hidrogen bombasında tərsinədir. Atomların birləşməsinə əsaslanır. Hidrogen atomları birləşərək Helium atomları yaradır. Hidrogen bombasını işə salmaq üçün kənardan çox güclü bir enerji lazımdır. Buna görə də kiçik atom bombası ilə birlikdə tətbiq edilir və atom bombasının 1000 qatı enerji partlaması yaşanır. Bu hələ kiçik fərqdir. Bəziləri 2000-3000 qat daha çox enerji yaradır. Hətta 1000 km məsafədən belə partlayış müşahidə edilə bilməsi mümkündür.
Əslində Günəş və digər ulduzları da təbii Hidrogen bombası hesab etmək olar. Kainatımızda da olan elementlərin 75%-i hidrogendir. Günəş tərkibində daimi reaksiyalarla hidrogen atomları heliuma çevrilir və böyük enerji yaranır. Atomları parçalayıb enerjisini kontrollu istifadə etmək daha asandır. Bunun nəticəsində fəlakət yox, qənaət və böyük enerji əldə edilir. Bugün dünyada istifadə olunan Atom elektrik stansiyaları buna örnəkdir. Hidrogeni Heliuma kontrollu çevirə bilmək isə çox çətindir. Bu enerjini əldə etmək yerdə Günəş kimi çalışan bir enerji qaynağı əldə etmək kimidir. Buna “Süni Günəş” də deyə bilərik. Bunu həyata keçirə bilən olubmu bilmirəm. Hər halda onu hərəkətə gətirən atom bombasından bilinir ki, bu enerjini kontrollu idarə etmək nə dərəcədə çətindir.  Hələ ki bu enerjini ancaq kontrolsuz dağıdıcı güc kimi əldə etmək mümkündür. Bu enerji kontrollu şəkildə əldə edilsə, insanlıq çox böyük və ekoloji cəhətdən təmiz əlavə enerji qaynağına sahib ola bilər.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023
Ensiklopediyalar

Ensiklopediyalar

Ocak 22, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×