Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Hərf inqilabı və ortaq türk əlifbası

Hərf inqilabı və ortaq türk əlifbası

1928-ci il 9 avqustda Atatürk Türkiyədə hərf inqilabı üçün ilk addımı ataraq, latın əlifbasına əsaslanan türk əlifbasının təqdimatını etdi. Daha sonralar bütün ölkəni gəzərək yeni əlifbanı şəxsən özü təqdim edirdi. 1928-ci il 1 noyabr tarixində yeni əlifba qanunla təsdiqləndi. Atatürkün qurduğu dil komissiyası əvvəlcə bu işin tam gerçəkləşməsi üçün 5-10 illik keçid dövrü təklif etdi. Atatürk isə bunu rədd etdi. Bu dövrü 3 aya endirdi.

Latın qrafikalı əlifbanı istifadə etmək hələ Mirzə Fətəli Axundov dövründə gündəmə gəlmişdi. O Azərbaycan əlifbasını latın qrafika üzərində qurmaq istəyirdi. Bunun bir neçə səbəbi var idi:
1) Azərbaycan dilində saitlər çoxdur. Ərəb əlifbası bu ehtiyacı ödəməyə uyğunsuzdur.
2) Ərəb əlifbası çətindir və hərflərin nöqtələri çoxdur. Bu da yazıda sürətin düşməsinə səbəb olur.
O bu təklifini Osmanlı paytaxtı İstanbulda da dilə gətirmişdi. Türk şair Namiq Kamal bu ideyaya dəstək vermişdi. Amma dini narahatlıq digərlərinin bunu dəstəkləməməsinə səbəb oldu.
Türk xalqlarından ilk olaraq latın qrafikalı əlifbanı istifadə edən yakutlar oldu. Azərbaycanda latın qrafikalı əlifbaya 1923-də keçid edildi. Bu keçid Türkiyədə də səs gətirdi və Türkiyəni də bu əlifbaya keçmək üçün həvəsləndirdi.
Türkiyədə hərf inqilabının bir neçə səbəbi var idi. Onlardan bəziləri:
1) Türk dilində saitlərin çox olması və ərəb əlifbasının bu ehtiyaca uyğun olmaması
2) SSRİ daxilində latın qrafikasını istifadə edən türk xalqları ilə yaxınlaşmaq
3) Ərəb əlifbasının çətinliyi nəticəsində əhali arasında oxuyub yazma səviyyəsinin aşağıda olması.
Türkiyədə latın qrafikalı əlifba istifadə olunandan 10 il sonra, Stalin dönəmində SSRİ daxilindəki türklərin kiril əlifbasına keçid edilməsi qərarı verildi. Beləliklə yenidən türk xalqları arasında əlifba birliyi pozulmuş oldu. Hətta SSRİ daxilindəki hər türk xalqına da eyni tərkibli kiril əlifbası yox, fərqli kiril əlifbaları təqdim edilmişdir. Bununla türk xalqlarının bir-birinin yazı dillərini oxuyub anlaması daha da çətinləşmişdir.
Hal-hazırda qədim türk əlifbası Göytürk əlifbasının istifadəsini də dəstəkləyənlər var. Bu indiki halda o qədər real görünmür. Çünki, bütün türk xalqlarının əlifba dəyişdirməsi çox çətin prosesdir. Həm də latın qrafikalı əlifba hazırda həm də müasir informasiya texnologiyalarının da əlifbasıdır. Bu əlifbanın istifadəsi bizim dünyaya çıxışımızı da asanlaşdırır. Ona görə onun hazır imkanlarını dəyərləndirmək indiki halda daha doğrudur. Göytürk əlifbasını bəlkə çox uzaq perspektivdə uzaq bir hədəf kimi düşünmək olar.
Türk xalqları arasında latın əlifbasından əlavə, bu latın əlifbasının ortaq olması da vacibdir. Hal hazırda 34 hərfli latın qrafikalı əlifba bütün türklər üçün uyğun hesab edilir. Azərbaycan əlifbasına sadəcə “w” və “ň” hərfinin əlavəsini nəzərdə tutur. Bir də “ə” hərfinin “ä” kimi yazılması nəzərdə tutulur. Məsələn “gəlirəm” əvəzinə “gäliräm” kimi yazılır. Amma Azərbaycan dilində “ə” səsi çox işləndiyindən bu halda da yazıda çox nöqtələr olacaq. Yazı sürəti yavaşlayacaq. Buna əks dəlil kimi onsuz da artıq əllə yazı dövrünün bitdiyini, kompüterlə yazı dövrünün gəldiyini bildirirlər. Ona görə yazı sürəti yavaşlamayacaq.
Hər halda ortaq əlifbanın yaranması türk dillərinin inkişafı və böyüməsi baxımından təkan ola bilər.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×