Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Şeytanın vəkili

Şeytanın vəkili

Orta əsrlərdə Romada belə bir institut var idi. Şəxsən Roma papası tərəfindən yaradılmışdı. Şeytanın vəkili olan şəxs çox şübhəçi olmalı, hər ehtimalı dəyərləndirməli idi. Məsələn Papalığa namizəd olan şəxsə aid edilən kəramətlərə və möcüzələrə şübhə ilə baxmalı, onun keçmişində etdiyi səhv hərəkətini axtarmaqdan çəkinməməli idi. Şeytanın vəkilinin bu testindən keçə bilən şəxs həqiqətən üzüağ və güclü bir şəkildə öz vəzifəsini icra edə bilərdi. Vatikanda belə bir institutun yaradılması əslində vaxtında dərk edilmiş həqiqət idi. Şeytanı zərərsizləşdirmək üçün əvvəlcə ona meydan vermək lazımdır. Müasir cəmiyyətlərdə tənqid də əslində belə bir mexanizmdir. Tərif sizi olduğunuz yönünüzlə təqdir edir. Sizin zəif buraxdığınız yönünüzün inkişafına səbəb isə tənqiddir.

Qərbdə hələ də öz ideyalarına belə çox xırdaçı yanaşaraq sorğulayanlar “şeytanın vəkilliyini edirəm” deyir. Bu yolla əslində öz ideyalarının zəif yönlərini kəşf edib, möhkəm təmələ oturdurlar. Güclü komandanlar da taktika qurarkən, gedişatı rəqibin gözündən baxıb dəyərləndirirlər. Nəhəng şirkətlər öz məhsullarında səhv tapması üçün xüsusi adamlara milyonlarla pul ödəməyə hazır olurlar. Hətta bəzi şirkətlər rəqib şirkətlərin batma təhlükəsini görüb rəqiblərinə maliyyə yardımı ediblər. Çünki rəqabət olmasa, bu rəqabətin fonunda düzgün müqayisə aparıb öz məhsullarının və ya xidmətlərinin zəif yönlərini görə bilməyəcəklər. Bu da uzun müddətli perspektivdə özlərinin də inkişafdan geri qalmalarına səbəb ola bilər. Bəzən Kapitalizm sistemində rəqabətin qarşı tərəfin kənarlaşdırılmasına səbəb olduğu deyilir. Amma həqiqi Kapitalizm rəqabətin bitməsini deyil, qalmasını istəyir. Bunu anlayan nəhəng şirkətlər daha uzunömürlü olur. Bunu sırf ayrı-ayrı şəxslərin nəzərindən tətbiq etsək, insanlar arasında tənqid pulsuzdur. İnsanlar tənqid etməyi sevir. Bəzən pis niyyətlə, bəzən yaxşı niyyətlə, bəzən də sadəcə özünü üstün göstərmək məqsədilə. Hər bir halda bunu pulsuz edirlər. Bunu dəyərləndirə bilmək lazımdır. Göründüyü kimi özündə səhv tapmaq daha çətindir. Qarşı tərəfdə səhv tapmaq isə asandır. Bunun üçün qarşı tərəfin gözündən özünə baxmağı bacarmaq lazımdır. Başqası səhv tapmadan özündə olan səhvi görə bilmək xüsusi bacarıq tələb edir. Əlbəttə özünə gərəksiz tənqidi yanaşmaqdan söhbət getmir. Bu özünə inamı məhv etməyə də səbəb ola bilər. Amma şübhəçi və sorğulayan bir tərəfin olması bir neçə yöndən üstünlük verən sığortalayıcıdır.  Səmavi dinlərlə birlikdə gələn anlayışda da Tanrı Şeytana meydan verdi ki, insanları bir növ test etsin. Azərbaycanda da belə bir deyim var: “Bu meydan bu da şeytan”.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×