Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Dünyanın ən ideal hamar səthə malik kürəsi

Dünyanın ən ideal hamar səthə malik kürəsi

Dünyanın ən ideal hamar səthə malik kürəsi. Almaniya Metrologiya İnstitutunun proyektidir. O qədər hamarlaşdırılıb ki, bu kürəni Yer kürəsi ölçüsünə gətirəcək miqyasda böyüdə bilsəydik belə səthinin ən kələ-kötür hissələri arasında bir neçə metrdən çox fərq olmazdı. Beynəlxalq Kiloqram etalonu olmaq üçün hazırlanıb. Amma ola bilmədi. Ona rəqib digər kiloqram proyektinə məğlub oldu. Tərkibi saf silikon atomlarından barətdir. Hətta silikon atomunun müxtəlif izotoplarından ancaq biri bu kürəni təşkil edir. Yalnız bir növ izotoplar olsun deyə, Rusiyanın istifadəsiz qalan nüvə silahı zavodları kirayəyə götürülərək bu izotoplar alınıb. Sadəcə bu kürənin xammalı milyon avrodur. Üzərində aylar sürən digər əməliyyatlara xərclənənləri də nəzərə alsaq bu qiymət daha da fantastik həddə çatır. Bu kürəni hamarlamaq işini hansısa aparata və ya dəzgaha əmanət edə bilməyiblər. Çox güclü toxunma hissi olan Achim Leistner (şəkildəki) adlı Avstraliyalı optika-linza ustasına tapşırıblar. Bu proyekt qəbul olunsaydı, kiloqramı bu silikon kürədəki atomların sayına əsasən təyin edəcəkdilər. Kürədəki atomların sayı bütün dünya qum təbəqəsi ilə örtülmüş səhra olsaydı, bu halda qum dənələrinin sayından belə böyük say olacaqdı. Kütlənin 130 illik etalonu 2019-cu il 20 may tarixində dəyişdirilərək, Plank sabitinə əsasən təyin edildi. Bu kürə proyekti isə seçilmədi.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×