Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Həftənin günləri

Həftənin günləri

Həftənin birinci günündəyik. Əslində ‘Bazar ertəsi’ deməklə bugünü ikinci gün kimi qəbul edirik. Elə həftənin digər günlərinin də adlarının mənasına baxsaq, tarixdə Bazarın birinci gün kimi hesab edildiyini görərik.

Məsələn həftənin 3-cü günü olan Çərşənbə, farsca ‘Cahar Şənbə’ sözündən götürülüb. Mənası ‘Şənbədən sonra 4-cü gün’ deməkdir. Çərşənbə axşamı isə ondan əvvəlki günü bildirir.
Türkiyədə həftənin 2-ci gününə Salı, 4-cü gününə Pərşənbə deyirlər.
Salı ərəb mənşəli sözdür, mənası əslində 3-cü gün deməkdir.
Pərşənbə fars mənşəli sözdür, ‘Pənc Şənbə’ sözündən düzəlib. Mənası ‘Şənbədən sonrakı 5-ci gün’ deməkdir.
Şənbə özü yəhudi mənşəli sözdür. Yəhudilərin şabat günündən götürülüb. Dünyanın bir çox dillərində bugün elə Şabat sözünə əsasən adlandırılır.
Cümə və Cümə axşamının kökündəki Cümə sözü ərəb mənşəli sözdür, ‘Cəm olmaq’ mənasını verir.
Bazar – Fars mənşəli sözdür. Amma demək olar əksər türk xalqlarına yad deyil. Hətta macarlara belə bu söz gedib çıxıb. Tarixin çox qədim dövründən türklərdə işlənir. Xalq digər günlərdən fərqli olaraq ardıcıl sıraya uyğun olaraq bugünə 7-ci gün demir. Sadəcə ‘Bazar günü’ deyir. Xalq özü ilk 6 günü sadəcə saylarla bildirərək həftənin günlərini türkləşdirib və rəsmi adların kənarına çıxıb. Amma Bazar günü istisnadır. Bu söz həqiqi mənada türkləşə bilmiş bir sözdür.
Həftənin günlərini adlandırarkən ərəb, fars və yahudi sözlərindən istifadə edirik. ‘Həftə’ sözü də fars mənşəlidir. Həft – yeddi deməkdir. Əslində zamanları belə bölmək müəyyən bir anlayışa əsaslanır və zamana anlam verərək onu özümüz üçün daha anlaşıqlı edirik. Bu barədə Böldüyümüz zaman yazısını oxuya bilərsiniz.

Qədim Romada günlər

Qədim Romada həftənin günlərinin hər biri bir göy cisminə əsaslanırdı. Bu göy cisimləri həm də bir Tanrını göstərirdi. Həftənin günlərinin Qədim Romadakı anlamları:
Bazar – Günəş günü
Bazar ertəsi – Ay günü
Çərşənbə axşamı – Mars günü
Çərşənbə – Merkuri günü
Cümə axşamı – Yupiter günü
Cümə – Venera günü
Şənbə – Saturn günü

İngilis dilində günlər

İngilis dilində günlərin tərcüməsində də Roma günləri ilə uyğunluq var. Həmin bənzərliklər bunlardır:

 

Bazar – Sunday – Günəş günü
Bazar ertəsi – Monday – Ay günü
Çərşənbə axşamı – Tuesday – Tue (Savaş Tanrısı) günü
Çərşənbə – Wednesday – Woden (Baş Tanrı) günü
Cümə axşamı – Thursday – Tor (Şimşək Tanrısı) günü. İngilis dilində eyni kökdən ‘thunder’ sözü də var, şimşək deməkdir.
Cümə – Friday – Freya (Azadlıq) günü
Şənbə – Saturday – Saturn günü

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×