Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Ədalət və bərabərlik

Ədalət və bərabərlik

Pulu bərabər bölmək

1950-ci illərdə İngiltərənin radiolarında yayımlanan “Have a Go” proqramının aparıcısı Wilfred Pickles əvvəlcə iştirakçılara özləri və xəyalları haqqında suallar soruşurdu. İştirakçılardan biri “Mənim xəyalım dünyadakı bütün pulu toplayıb, sonra həmin pulu hamıya bərabər şəkildə paylamaqdır” demişdi. Bu xeyirxahlığından dolayı iştirakçı böyük alqış almışdı. Amma iştirakçı bunun ardından “və mənim payıma düşəni bitirdikdən sonra bu işi yenidən təkrarlamaq” deyərək bir anda yaranan xoş atmosferi elə yerindəcə pozmuşdu.
Eamonn Butler bu misalı öz “Azad Cəmiyyətin Təməlləri” kitabında qeyd edərək dəyişən dünyada sərvətləri stabil tutmağın mümkün olmadığını bildirirdi. Həm də proqramda iştirakçının dediyi sözlərin ardından çökən həmin o səssizlik də əslində belə bir bərabərliyin ədalətli olmayacağını göstərirdi. Dünyada hər kəs eyni xarakterdə, düşüncədə deyil. Təsəvvür edin biri qumarbazdırsa, o pulunu daha tez bitirəcək amma yenə də dünyada olan hər kəsin qazancının cəmi bərabər bölüşdürüləcək.
Bərabərlik hələ ədalət demək deyil. SSRİ Kommunizm yolunda gedən nəhəng imperiya idi. Özəl müəssisələr yox idi. Şəxsi təşəbbüsün önü kəsilmişdi. Hamı işləyirdi. Amma özü üçün yox, vahid bir mərkəz üçün. Bütün kolxozlar, zavodlar hər biri öz qazancı üzərində çox az haqqa sahib idi. Bütün qazanc vahid mərkəzdən idarə olunurdu. Həmin mərkəz də həmin qazancı bölüşdürürdü. Milyonlarla insan öz əməkləri üzərində haqq sahibi deyildi. Bu da insanlarda motivasiya yaratmırdı. Şəxsi mülk ictimai mülklə əvəzlənmişdi. Eamonn Butler başqa bir misalda həmişə binalarda ortaq istifadə məkanlarının daha natəmiz olduğunu, şəxsi evlərin isə daha təmiz olduğunu bildirərək ictimai mülk anlayışının daha az cəlbedici olduğunu göstərir.

Bərabərlikçilər

Bərarbərlikçilərin özləri belə bərabərlik mövzusunda vahid ideya ətrafında birləşməyiblər. Daha zəngin ölkələrin bərabərlikçiləri daha çox bu bərabərliyi öz ölkələri daxilində təmin etmək istəyir. Kasıb ölkələrin bərabərlikçiləri bunu bütün dünyada etmək istəyir. Çünki zəngin ölkənin bərabərlikçiləri bugünə qədər ədalətsiz dedikləri azad bazarın qazandırdığı pulu kasıb ölkələrlə bölərək daha da kasıblamaq istəmirlər.
Bərabərlikçi Sovet sistemində özəl sektor olmadığından inkişaf da ləng gedirdi. Ayrı-ayrı təşəbbüs və ideyalar şəxslərlə birlikdə məzara gedirdi. Bir insan hər şeyi düşünə bilmədiyi kimi, vahid bir sistem də təkbaşına hər şeyi düşünə bilməz. Məhz buna görədir ki, SSRİ-də yalnız hərbi sənaye daha çox inkişaf edirdi. Çünki həmin vahid sistem hər şeyi düşünə bilmədiyindən, diqqətlərini sadəcə hərbi sənayeyə yönəltmişdilər. Digər sahələrdə isə geri qalırdılar. Əgər fərdlərin qazanc yolu açılsaydı, minlərlə, milyonlarla şəxsi təşəbbüskar ortaya çıxacaqdı. Bununla da dövlətin diqqətini toplaya bilmədiyi sahələri fərdlər inkişaf etdirəcəkdi. Kollektiv şüur adlı yazıda müəyyən qədər bu məsələyə toxunmuşam. Hətta belə bir rəvayət var ki, SSRİ öz traktorlarını Yaponiyaya ixrac etməklə fəxr edirdi. Amma sonradan öyrənildi ki, yaponlar bu traktorları metalına görə alırlarmış. Traktorları alan kimi metalloma verib, onun metalından istehsalatda istifadə edirlərmiş. SSRİ bunu eşidən kimi xəcalətindən bir də Yaponiyaya traktor satmadı.

Şəxsi təşəbbüs

Əgər bir fərd öz ideyasının mükafatını gəlir olaraq qazana bilirsə, o daha çox təşəbbüskar olacaq. Bu həm cəmiyyətə, həm şəxsin özünə fayda gətirəcək. Çin də kommunizm yolunda gedən ölkədir. Amma ən azından azad bazar yaratmadan, şəxsi mülkə hörmət etmədən, şəxsi təşəbbüsün önünün açılmayacağını anladı. Yalnız bundan sonra böhranda olan iqtisadiyyat inkişaf etməyə başladı. İdeologiya kommunizm olsa da, iqtisadiyyat kommunizmdən azad oldu.
Amerikada hər keçən gün startaplar bir-birini əvəzləyir. Sadəcə dövlət əhəmiyyətli bir neçə obyekt dövlət mülkiyyətindədir ki, onlar belə özəl müəssisələrə çata bilmirlər. NASA dövlətin əlindədir. Amma Elon Musk-ın özəl Space X şirkəti təkbaşına NASA daxil bugünə qədər dünyadakı bütün kosmik agentliklərin kosmosa buraxdıqları peyklərdən qat-qat daha çoxunu bir neçə ildə kosmosa buraxacaq. Çünki özəl təşəbbüslər hər zaman daha sürətli hərəkət edirlər. Ətalətlilikləri olmur. Rəqabət daim inkişafı gətirir. Bununla bağlı Şeytanın vəkili yazısını da oxuya bilərsiniz.

Ədalət

Türkiyədə bütün məhkəmə binalarında yazılan Atatürkə aid edilən məşhur bir ifadə var:
“Ədalət mülkün təməlidir”.
Bərabərliyi təmin etmək mexanizmi çox çətindir. Təmin olunsa belə ədalətli olması böyük şübhə altındadır. Sovet dövründə sadə vətəndaşların lüks kimi qəbul etdikləri məhsullar və xidmətlər, həmin məhsulların istehsal edildiyi azad bazara sahib ölkələrdəki yoxsul vətəndaşlar üçün belə əlçatan idi. Sovet vətəndaşları xarici məhsullara böyük həsrətlə baxırdılar.
Ədalət hər kəsin haqqını verməkdir. Bərabərlik isə bəzən ədalətli olsa da, bəzən də birinin haqqını alıb o birinə verməkdir.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×