Salam.
Mən Tural Qaraqaşlı. İxtisasca mühəndis metroloqam və eyni zamanda yazmağı da özümə peşə etmişəm. 2012-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasından (indiki adı ilə ADNSU), 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuşam.
Yazdıqlarımı paylaşmaq, həm də bir arada tutmaq üçün bu bloq saytı yaratdım. Əsasən öz şərhimlə araşdırma mövzuları və müxtəlif mövzularda şəxsi fikirlərimi yazdığım üçün müəyyən bir kateqoriyalaşdırma aparmaqda və istiqamət seçməkdə çətinlik çəkdim. Biraz da bu səbəbdən saytı yaratmaqda gecikdim. Sonda bunu düşünməyi sonraya buraxaraq hər şeyə saytı yaradarkən qərar verdim. Saytın kimliyi olaraq qeyd edilən MÜHƏNDİS YAZAR ifadəsi də başda qeyd etdiyim bu iki sahənin birləşməsidir. Hər iki adın iddiası böyükdür. Mən isə bu iddiadan daha çox mövzulara baxış bucağım olaraq bu sözləri bir ifadə şəklində birləşdirdim. Saytı daha da təkmilləşdirməyi və daha maraqlı yazılarla doldurmağı planlayıram. Ümid edirəm maraqlananlar üçün faydalı olar.


