Ədalət və bərabərlik
- Ekim 05, 2021
- by
- Tural Qaraqaşlı
Pulu bərabər bölmək
1950-ci illərdə İngiltərənin radiolarında yayımlanan “Have a Go” proqramının aparıcısı Wilfred Pickles əvvəlcə iştirakçılara özləri və xəyalları haqqında suallar soruşurdu. İştirakçılardan biri “Mənim xəyalım dünyadakı bütün pulu toplayıb, sonra həmin pulu hamıya bərabər şəkildə paylamaqdır” demişdi. Bu xeyirxahlığından dolayı iştirakçı böyük alqış almışdı. Amma iştirakçı bunun ardından “və mənim payıma düşəni bitirdikdən sonra bu işi yenidən təkrarlamaq” deyərək bir anda yaranan xoş atmosferi elə yerindəcə pozmuşdu.
Eamonn Butler bu misalı öz “Azad Cəmiyyətin Təməlləri” kitabında qeyd edərək dəyişən dünyada sərvətləri stabil tutmağın mümkün olmadığını bildirirdi. Həm də proqramda iştirakçının dediyi sözlərin ardından çökən...
Mörfi qanunları
- Eylül 19, 2021
- by
- Tural Qaraqaşlı
Dünyanı dəyişdirənlər də, dünya barədə pessimist olanlar da mühəndislər olub. Pessimistliyin qanununu yaradan və ABŞ hava qüvvələrində işləyən Mörfi ən böyük örnəkdir. Əslində onun...
Böldüyümüz zaman
- Eylül 14, 2021
- by
- Tural Qaraqaşlı
1999-cu ildə dünyaya gəlsən belə, 2000-ci ili keçəndən sonra 2 əsr görmüş sayılırsan. 20 və 21-ci əsr. Sən həm iki dünya müharibəsinin yaşandığı 20-ci...
Şeytanın vəkili
- Eylül 14, 2021
- by
- Tural Qaraqaşlı
Orta əsrlərdə Romada belə bir institut var idi. Şəxsən Roma papası tərəfindən yaradılmışdı. Şeytanın vəkili olan şəxs çox şübhəçi olmalı, hər ehtimalı dəyərləndirməli idi....
Yalan və doğru
- Eylül 11, 2021
- by
- Tural Qaraqaşlı
Kant hesab edirdi ki, nə olursa olsun yalan danışmaq olmaz.
Etik davranışı dəstəkləyənlər nəzakət qaydalarına görə müəyyən hallarda yalan danışmağın problem olmadığını hesab edirlər.
...








