Böldüyümüz zaman
- Eylül 14, 2021
- by
- Tural Qaraqaşlı
1999-cu ildə dünyaya gəlsən belə, 2000-ci ili keçəndən sonra 2 əsr görmüş sayılırsan. 20 və 21-ci əsr. Sən həm iki dünya müharibəsinin yaşandığı 20-ci əsrin, həm də 5G texnologiyasına keçiləcək 21-ci əsrin sakinisən. Üstəlik hələ 21-ci əsrin bitməyinə 80 il qalıb. Bu müddətdə daha nələr olacaq biz ancaq zəif ehtimallı proqnoz verə bilərik.
20-ci əsrdən 21-ci əsrə keçidin başqa xüsusiyyəti də var. Bu əsrlər 2 ayrı min illikdədir. Biz artıq 3-cü min illikdə yaşayırıq. 2000-ci ildən sonra dünyaya gələnlər istisna, həm 2 əsr, həm də 2 min illik görmüşük. Çingiz xan, Şah İsmayıl, Fateh Sultan Mehmet, Napoleon, Füzuli, Şekspir, Qaliley, İbn Sina, Nyutonla eyni min illiyi paylaşmışıq. Hal-hazırda yaşadığımız min illiyin isə hələ ki sadəcə 20 ilini görmüşük və sadə bir gerçək olsa da, maraqlıdır ki, geridə qalan 980 ildə yaşayacaq olan insanlar da bizimlə eyni minillikdə yəni 3-cü min illikdə yaşamış insanlar olacaq. Bu 980 ildə insanlar hansı bir gələcəyi quracaq, nələr olacaq, kimlər gəlib gedəcək, o barədə 3 və 4-cü min illiyin kəsişməsində yaşayacaq insanlar bir status yaza bilər.) Harda, necə və hansı texnologiya ilə yazacaqlar bilmirəm.) Daha doğrusu tam təsəvvür edə bilmirəm.) Çünki bizimlə eyni min illikdə yaşayacaq olan sonrakı nəsil insanların quracaqları dünya yəqin ki bugünki dünyadan çox fərqli olacaq.
İnsanları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də yəqin ki budur. İnsanların dünyası barədə uzun müddətli bir təxmin yürütmək çətindir. Bəlkə bizim bugün istifadə etdiyimiz təqvimə əsasən 3-cü min illiyin sonunda yaşayan insanlar bu yazını ədə edib oxuyacaqlar və min il əvvəl yazılan bu fikirlər onlara da maraqlı gələcək. Bəlkə onlar da min il sonranı düşünəcəklər. İnsanlar dünyada ən çox dəyişiklik edə bilən canlıdır.
İnsanları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də yəqin ki budur. İnsanların dünyası barədə uzun müddətli bir təxmin yürütmək çətindir. Bəlkə bizim bugün istifadə etdiyimiz təqvimə əsasən 3-cü min illiyin sonunda yaşayan insanlar bu yazını ədə edib oxuyacaqlar və min il əvvəl yazılan bu fikirlər onlara da maraqlı gələcək. Bəlkə onlar da min il sonranı düşünəcəklər. İnsanlar dünyada ən çox dəyişiklik edə bilən canlıdır.Zamanda yaratdığımız bu bölgülər şərtidir. Əsrlər və minilliklər insanların yaratdığı anlayışlardır. Fərqli bir təqvim istifadə edib, fərqli bölgülərdən də istifadə edə bilərdik. Zaman bölgülərimiz şərtidir. Zaman bizdən asılı deyil deyərdim amma bu da elmi cəhətdən tam düzgün olmaz. Zaman bizim bölgülərimizdən asılı deyil desəm daha doğrudur. Etdiklərinizi anlamaq üçün öz anlayışlarımıza inanırıq.






